İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Qasim Süleymaninin ölümünün üçüncü ildönümü münasibətilə İranda xalq yürüşləri keçirilir.

"Unikal" xəbər verir ki, bu barədə "Tasnim" informasiya agentliyi məlumat yayıb.

“2020-ci il yanvarın 3-də Bağdad Beynəlxalq Hava Limanında ABŞ terror qüvvələri tərəfindən öldürülən İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymaninin ölümünün üçüncü ildönümü münasibətilə Tehranın Mosalla məscidində təntənəli mərasim başlayıb", -  KİV-də qeyd olunub.  

Tədbirdə İran prezidenti İbrahim Rəisi və mərhumun qızı Zeynəbin iştirak edəcəyi qeyd edilir.