Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 ədəd təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
"Unikal" xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 1 minik maşını və 1 "KamAZ" markalı avtomobil Laçından Xankəndi istiqamətinə keçib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 26 avtomobil maneəsiz hərəkət edib.