“Təəssüf ki, ABŞ-nin ATƏT-dəki daimi nümayəndəsi “blokada” və “humanitar vəziyyət” haqqında yalan xəbərlərə aldanıb”.
“Unikal” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviter hesabında bildirib.
“Əgər Laçın yolu blok altında olsaydı, oradan heç bir avtomobil keçməzdi. Nə üçün yoldan hər cür qeyri-qanuni fəaliyyət üçün istifadə etmək olar, amma etiraz etmək düzgün deyil?”,- deyə Hacızadə bildirib.
Qeyd edək ki, ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter tviter hesabında ABŞ-nin Laçın yolunun üç həftədən artıqdır ki, bağlanmasından və ciddi humanitar vəziyyətin yaranmasından narahat olduğunu vurğulayıb.