Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə TBMM sədri “Twitter“də paylaşım edib.
“Qiymətli dostum, Azərbaycan Milli Məclis sədri Sahibə Qafarova ilə görüşdük. Görüşümüzdə qarşıdakı dövrdə də əməkdaşlığımızı beynəlxalq təşkilatlar və üçlü formatlar çərçivəsində inkişaf etdirməyə davam edəcəymizi vurğuladıq”,- deyə TBMM sədri bildirib.