Yeni Azərbaycan Partiyasının (YAP) Naxçıvan MR təşkilatının aparat rəhbəri Anar İbrahimov Vasif Talıbovun partiyanın Naxçıvan MR təşkilatının sədrliyindən istefa verməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
A.İbrahimov “Unikal”a açıqlamasında Vasif Talıbovun istefa verməsi ilə bağlı partiyaya hər hansı bir ərizənin daxil olmadığını bildirib.
Bu gün mətbuatda V. Talıbovun Naxçıvan MR təşkilatının sədrliyindən istefa verməsi ilə bağlı xəbərlər yayılıb və bildirilib ki, partiyanın saytından onun adı çıxarılıb.
Qeyd edək ki, YAP-ın VII qurultayından sonra partiyanın rəsmi saytında aparılan yeniliklərə əsasən təşkilat sədrləri haqqında məlumatlar yer almır.
Ramil Zeynallı
xxx
19:12
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbov daha bir vəzifəsini itirib.
"Unikal" qaynarinfo-ya istinadən xəbər verir ki, o, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Naxçıvan MR təşkilatının sədrliyindən də çıxarılıb. Bu barədə hələ ki, rəsmi açıqlama verilməsə də, YAP-ın rəsmi veb-səhifəsində Naxçıvan MR təşkilatı ilə bağlı bölümdə sədr vəzifəsi boş göstərilib. Bundan əvvəl orada Vasif Talıbovun adı qeyd olunmuşdu.
Məlumat üçün deyək ki, YAP-ın Naxçıvan MR təşkilatı 1995-ci ildə təsis edilib. Vasif Talıbov həmin ildən təşkilata sədrlik edirdi.