"Ermənistan hərəkətləri ilə regionda sülhü təhdid edir".
"Unikal" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Asiya Parlament Assambleyasının (APA) Antalyada keçirilən 13-cü plenar iclası çərçivəsində azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşündə deyib.
O, əmin edib ki, Türkiyə Azərbaycanın ədalətli mübarizəsini həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.
Şentop bildirib ki, Ankara “erməni tərəfdən Rusiya Federasiyası-Azərbaycan-Ermənistan üçtərəfli sazişləri çərçivəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini gözləyir”.