ABŞ üzərində səmada qeydə alınan naməlum uçan obyekt, nəzarəti itirmiş Çin meteoroloji zondudur.
"Unikal" xəbər verir ki, bu barədə cümə günü Çin Xarici İşlər Nazirliyinin sözçüsü məlumat verib.
“Şar Çindən gəlib, onun təyinatı mülki xarakter daşıyır, xüsusən də zond meteoroloji tədqiqatlar üçün istifadə olunur. Güclü qərb küləyi səbəbindən şar idarəetməni itirib və təyin olunmuş kursdan çıxıb”, - Çin Xarici İşlər Nazirliyinin rəsmisi bildirib.
XİN həmçinin fövqəladə vəziyyətin meteoroloji tədqiqatın ABŞ hava məkanına çatmasına səbəb olmasından təəssüfləndiyini bildirib və Çinin vəziyyətin həlli üçün ABŞ səlahiyyətliləri ilə əlaqə saxlamağa hazır olduğunu deyib.
Onu da bildirək ki, ABŞ dövlət katibi Entoni Blinkenin gələn həftə Çinə planlaşdırılan səfəri “casus şarı”na görə təxirə salınacaq.
12:13
ABŞ dövlət katibi Entoni Blinkenin Çinə səfəri ləğv edilib.
"Unikal" xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat dərc edib.
Məlumata görə, fevral ayının 2-də açıqlanana səfər Amerika səmasında görünən casus şarına görə təxirə salınıb.
Ehtimal olunur ki, sözügedən əşya ABŞ-ın şimalında görünən Çin kəşfiyyat balonudur.
Ağarza Elçinoğlu