Bu gün Ukraynanın paytaxtı Kiyevdə Ukrayna administrasiyası və Aİ nümayəndələrini bir araya gətirəcək Avropa İttifaqı Sammitinin keçirilməsi planlaşdırılır.
"Unikal" xəbər verir ki, Avropa Şurasının sədri Çarlz Mişel, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Aİ-nin ali nümayəndəsi Cozep Borrell sammit üçün Kiyevdədir.
Sammitdə Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalarının müzakirə ediləcəyi gözlənilir.
Diplomatik təmaslara hazırlıq davam etdiyi üçün Kiyev və Ukraynada hücum xəbərdarlığı edilib.