Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün fürsət yarandı.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu argentinalı həmkarı Santyaqo Kafiero ilə birgə mətbuat konfransında bildirib.
XİN rəhbərinin sölərinə görə, Türkiyə ilə Ermənistan, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində görüləcək tədbirlər barədə Kafieroya məlumat verib.
Çavuşoğlu qeyd edib ki, Ankaranın məqsədi Cənubi Qafqazı sabit və inkişaf edən regiona çevirməkdir. O əlavə edib ki, həm Türkiyə, həm də Azərbaycan bu istiqamətdə səmimi addımlar atırlar.
Ağarza Elçinoğlu