Özbəkistan zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Türkiyəyə xilasetmə qrupu göndərib.
"Unikal" xəbər verir ki, bu barədə Özbəkistan Prezident Administrasiyası məlumat yayıb.
Prezident Şavkat Mirziyoyevin göstərişi ilə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin 100 nəfərlik xilasetmə qrupu, xüsusi maşın və avadanlıqlar, habelə humanitar yardım materialları daşıyan təyyarə Türkiyəyə yola düşüb.