Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 17 min 674 nəfərə çatıb. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrəddin Koca məlumat verib.

O, bildirib ki, təbii fəlakət nəticəsində 72 min 879 nəfər yaralanıb. 

23:07

Fevralın 6-da Türkiyədə baş verən zəlzələdə ölənərin sayı 17 min 406 nəfərə çatıb. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrəddin Koca məlumat verib.

Nazirin bildirdiyinə görə, təbii fəlakət nəticəsində 71 min 866 nəfər yaralanıb. 

22:21

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 17 min 134 nəfərə çatıb. 

"Unikal" xəbər verir ki, rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 70 min 347 nəfər yaralanıb.

19:38

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 16 min 546 nəfərə çatıb. 

"Unikal" xəbər verir ki, bu barədə zəlzələ bölgəsində səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Rəsmi açıqlamaya görə, təbii fəlakət nəticəsində 66 min 132 nəfər yaralanıb. 

17:55

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 16 170 nəfərə çatıb. 

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Osmaniyədə çıxışında deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 64 194 nəfər yaralanıb. 

*** 15:34

Türkiyədə zəlzələdə ölənlərin sayı 14 351 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.

***14:26

Türkiyədə zəlzələdə ölənlərin sayı 14 014 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu  barədə Türkiyə  KİV-i məlumat yayıb. 

***10:18

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 873 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 62 937 nəfər yaralanıb.

***07:38

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 391 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ nəticəsində 62 914 nəfər yaralanıb.

Gülayə Mecid