İrəvanda Erebuni polis idarəsində polislərlə iki vəkil arasında dava olub.
"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Vəkillər Palatasının spikeri Silvi Tiqranyan məlumat yayıb.
Bildirilir ki, vəkillər peşə fəaliyyəti ilə məşğul olan zaman polislər tərəfindən döyüblər.
Belə ki, fevralın 8-də İrəvan polisinin Erebuni şöbəsinin əməliyyat-kəşfiyyat şöbəsinin əməkdaşları azyaşlıları saxlayıb, döyüb və onlara işgəncə veriblər. Ertəsi gün azyaşlılara hüquqi yardım göstərmək üçün polis idarəsinə gələn vəkillər peşə fəaliyyətləri ilə əlaqədar 4 dəqiqəyə yaxın ardıcıl olaraq zorakılığa, döyülməyə, hədə-qorxulara və təhqirlərə məruz qalıblar.
Faktla bağlı Erebuni polis idarəsində araşdırma başladılıb.
Gülayə Mecid