Zəlzələdən zərər çəkənlərə yardım toplayan Şahkulu Sultan Vəqfinin İstanbul Pendik şöbəsinə silahlı hücum edilib.
"Unikal" xəbər verir ki, yardımlar yük maşınına yüklənərkən baş verən hücumda bir nəfər yaralanıb.
Dərnək sədri Beyzadə Özkahraman, "TIRlardan birini ələ keçirmək istədilər. Qəsb kimi bir vəziyyət olduğunu başa düşdük. Uşaqlar da əl çəkməmək üçün müqavimət göstərdilər. Həmin müqavimət zamanı atəş açıldı. Dostlarımızdan biri yaralandı”-deyə bildirib.
Pir Sultan Abdal Kültür Derneği olarak Şahkulu Sultan Dergahındayız. Pendik şubesinde Yardım Tır’ı yüklenirken ateş edilerek bir canımız ayağından yaralanmıştır. pic.twitter.com/eRQOiAOcfC
— PSAKD Genel Merkez (@psakd1988) February 15, 2023