Baykal gölündə 5,9 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
Yeraltı təkanların episentri Bolşoe Qoloustnoye kəndindən 18 kilometr aralıda yerləşib. İrkutskda zəlzələnin gücü 3 bal olub.
Təbiət hadisəsi nəticəsində ölən və xəsarət alan olmayıb.
Ağarza Elçinoğlu