İsveç İraqın ölkədəki səfirliyi qarşısında "Qurani-Kərim"i yandırmaq üçün müraciət edən şəxsə icazə verməyib.
"Unikal" xəbər verir ki, bu barədə İsveç polisi məlumat yayıb.
Polis bildirib ki, İsveçdə müqəddəs kitabın yandırılması hallarında artım müşahidə edilib və bu qısa müddətdə İsveçin maraqlarına zərər verə bilər.
Açıqlamada icazə istəyən şəxsin kimliyi ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəl polis fevralın 8-də Türkiyənin Stokholmdakı səfirliyi qarşısında da Quranın yandırılmasına icazə verməyib.