"Şimali Atlantika Alyansı Rusiya ilə uzunmüddətli münaqişəyə hazırlaşmalıdır".
"Unikal" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
Stoltenberq Rusiya ilə qarşıdurmanın uzun illər davam edəcəyinə əmin olduğunu deyib.
Qeyd edək ki, NATO-nun baş katibi bundan əvvəl də Moskva ilə uzunmüddətli münaqişəyə hazırlaşmağın zəruriliyindən danışmışdı.
O, həmçinin bildirib ki, NATO Ukraynada münaqişənin başlayacağını “bilirdi”.