ABŞ Prezidenti Co Bayden 9 gündə vurulan və biri Çinə aid olduğu bildirilən uçan naməlum obyektlərdən danışıb.
"Unikal" xəbər verir ki, Bayden Çin hava şarından əlavə vurulan 3 obyektin məlum olmadığını deyib.
"Hər hansı bir obyekt ABŞ xalqı üçün təhlükə yaradarsa onu dərhal vurarıq. Ümid edirəm ki, bu məsələni tam aydınlaşdıracağıq. Çin hava şarını vurduğumuz üçün üzr istəməyəcəm. Bu yeni soyuq müharibə mənasını vermir. Ümid edirəm ki, yaxın vaxtlarda Çin Sədri Si Cinpin ilə danışacam", - deyə Bayden vurğulayıb.
23:16
ABŞ prezidenti Co Bayden ölkənin hava məkanında vurulan naməlum obyektlərlə bağlı açıqlama verəcək.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Amerika liderinin bəyanatı Vaşinqton vaxtı ilə saat 14:00-a planlaşdırılıb.
Bundan əvvəl Baydenin fevralın 16-da naməlum obyektlərlə bağlı ictimaiyyətə açıqlama vermək planları barədə öz mənbələrinə istinadən NBC məlumat yayıb .
Telekanalın məlumatına görə, amerikalı lider öz administrasiyasına gələcəkdə aşkar edilən şarlar və digər obyektlərlə necə məşğul olmağı tapşırdığını izah edəcək.
NBC-nin qeyd etdiyi kimi, Ağ Ev rəsmiləri daha əvvəl prezidentin Çin casus şarı və hərbçilər tərəfindən vurulan daha üç obyektlə bağlı müraciət edib-etməməsini müzakirə ediblər.