Martın 16-19-da keçirilməsi planlaşdırılan TEKNOFEST İZMİR Kahramanmaraşda baş verən zəlzələlər səbəbindən təxirə salınıb.
"Unikal" xəbər verir ki, TEKNOFEST-in Twitter hesabından edilən şərhdə, "16-19 Mart tarixlərində keçirməyi planlaşdırdığımız TEKNOFEST İZMİR, ölkə olaraq yaşadığımız zəlzələ fəlakətinin ortaq ağrıları səbəbiylə daha gec bir tarixə təxirə salındı. Xalqımıza bir daha başsağlığı veririk ” -bəyanatda qeyd edilib.