Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında Münhendə qeyri-rəsmi görüş baş tutub.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin ofisi məlumat yayıb.
Məlumata görə,həmsöhbətlər regional təhlükəsizlik və sabitlik, eləcə də Ermənistan-Avropa İttifaqı əməkdaşlığı ilə bağlı məsələlərə toxunublar.
Qeyd edək ki, Paşinyan Münhendə keçiriləcək illik Təhlükəsizlik Forumunda iştirak edəcək.
Ağarza Elçinoğlu