Fevralın 17-də Moskva birjasında keçirilən ticarət zamanı dollar ötən ilin aprelindən bəri ilk dəfə olaraq 75 rublu ötüb.
"Unikal" xəbər verir ki, hazırda bir ABŞ dolları 75,23 rubl (1.78 manat) səviyyəsində ticarət olunur.
Rusiya neftinə qarşı qüvvəyə minmiş Qərb sanksiyaları fonunda rublun zəifləməsi ötən ilin dekabrından davam edir. O vaxtdan bəri Rusiya valyutası 20 faiz dəyər itirib.
Ağarza Elçinoğlu