Türkiyədə baş verən şiddətli zəlzələ nəticəsində Adıyamanda evi dağılan qadın heyvanları ilə Antalyada bir hotelə sığınıb.
"Unikal" xəbər verir ki, Nurşen Salhan adlı Türkiyə vətəndaşına hotelin bağında 4 baş heyvan üçün müvəqqəti tövlə tikilib.
"Hotelin bağçasında müvəqqəti sığınacaq tapdıq. Amma gələcəkdə mənim və heyvanlarımın qalması üçün bir yerə ehtiyacım var", - zərərçəkən bildirib.
Qadın heyvanlarının zəlzələ səbəbiylə stress keçirdiyini deyib.
Seymur Əli