Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən zərər çəkən Hatay vilayətinə səfər edib.
"Unikal" xəbər verir ki, Türkiyə dövlət başçısı burada Azərbaycandan olan FHN-in xilasediciləri ilə görüşüb, onlarla şəkil çəkdirib.
Ərdoğanı Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı, daxili işlər naziri Süleyman Soylu, milli müdafiə naziri Hulusi Akar, səhiyyə naziri Xəxrəddin Qoca, kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi müşayiət edib.
Daha sonra Ərdoğan şəhərdə çalışan yerli və xarici axtarış-xilasetmə qrupları, bələdiyyə təmizlik işçiləri və dağıntılar altında kritik iş görən mədənçilərlə görüşüb.
Ağarza Elçinoğlu