Ermənistandan gələn 2000-dən çox yük maşını Kazbek-Yuxarı Lars gömrük keçid məntəqəsində qalıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Gürcüstan və Rusiya sərhədində toplanan yük maşınları hər iki istiqamətdə keçid gözləyir.
Rusiya mətbuatının yaydığı xəbərə görə, bundan əvvəl Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun bir hissəsi olan Qudauri-Kobidə mümkün qar uçqunları səbəbindən hərəkət qadağan edilib.