Türkiyənin Şırnak şəhərinin Cizre rayonunda mütəşəkkil sənaye zonasında yerləşən fabrikdə yanğın baş verib. 

"Unikal" xəbər verir ki, əraziyə cəlb olunan yanğınsöndürmə briqadaları 5 saatdır ki, yanğını nəzarət altına almağa çalışır.

Hadisə nəticəsində can itkisi olmayıb. Hazırda yanğının başvermə səbəbi araşdırılır. 

Ağarza Elçinoğlu