Ukrayna prezidenti Volodimir Zelenski Çin lideri Si Cinpinlə görüşməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə o, mətbuat konfransında bildirib.
"Bizim Çinlə böyük mal dövriyyəmiz var. Məsələ təkcə müharibədə deyil", - Zelenski deyib.
Onun sözlərinə görə, Ukrayna iqtisadi əlaqələrin qorunub saxlanmasında maraqlıdır.
"Çin ərazi bütövlüyünə hörmət edir, ona görə də Rusiyanı ərazilərimizdən çıxarmaq üçün hər şeyi etməlidir", - Zelenski əlavə edib.