Albaniyada 4,1 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb
Zəlzələnin episentri Elbasan şəhərindən 25 kilometr aralıda yerləşib.
Yeraltı təkanlar yerin 2 kilometr dərinliyində olub. Tələfat və dağıntılar barədə məlumat verilməyib.