Ukrayna İrana qarşı Beynəlxalq Cinayət Məhkəməsinə şikayət verəcək.
"Unikal" xəbər verir ki, bunu “Al Arabiya”ya müsahibəsində Ukraynanın baş naziri Denis Şmıqal deyib.
Kiyev Moskvanın Ukraynanın enerji və mülki infrastrukturuna hücum etmək üçün istifadə etdiyi pilotsuz təyyarələrin İranın Rusiyaya verilməsi məsələsini məhkəmədə müzakirə etməkdə israrlı olacaq.
"Biz İranın bu hərbi cinayətlərin törədilməsində Rusiya ilə şərik olmasından narahatıq və İranın bu cinayətlərdə iştirakını tanımağa çalışacağıq", - Şmiqal bildirib.
Ukraynanın baş naziri vurğulayıb ki, Moskvaya dəstəyi dayandırmaq üçün Tehrana təzyiq etmək lazımdır. O əlavə edib ki, İranın Rusiyaya raket ötürməsinin qarşısını almaq vacibdir.
Gülayə Mecid