Rusiya Prezidenti Vladimir Putinlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafı məsələləri müzakirə olunub.
Putin və Mirziyoyev ticarət-iqtisadi sahədə perspektivli layihələrin həyata keçirilməsinə də toxunublar.