Səudiyyə Ərəbistanı İnkişaf Fondu Türkiyə Mərkəzi Bankında 5 milyard dollarlıq əmanət yerləşdirmək üçün müqavilə imzalayıb.
"Unikal" xəbər verir ki, Fonddan verilən məlumata görə, qərar Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud və vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Suud tərəfindən verilib.
Sənədi Səudiyyə Ərəbistanının turizm naziri, Səudiyyə Ərəbistanı İnkişaf Fondunun sədri Əhməd əl-Xətib və Türkiyə Mərkəzi Bankının rəhbəri Şahap Kavcıoğlu imzalayıblar.
“Saziş təkcə Səudiyyə Ərəbistanı və Türkiyə Respublikasının xalqları və hakimiyyət orqanları arasında sıx əməkdaşlıq və tarixi əlaqələrin sübutu deyil, həm də Ər-Riyadın Türkiyənin potensialının artırılması səylərini dəstəkləmək öhdəliyinin nümayişidir.
Başqa sözlə, bu saziş Türkiyənin iqtisadi və sosial artımına, eləcə də davamlı inkişafına dəstək deməkdir, Səudiyyə Fondu əlavə edib.