Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Misirə səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, XİN başçısı martın 7-9-da Ərəb Dövlətləri Liqası Şurasının nazirlər səviyyəsində sessiyasında iştirak edəcək.
Məlumata görə, səfər çərçivəsində Mirzoyan Misirin xarici işlər naziri Sameh Şükri ilə də görüşəcək.