İranda 6 siyasi məhbus edam cəzasına məhkum edilib. 

"Unikal" xəbər verir ki, bu barədə İran İslam Respublikasının məhkəmə sisteminə bağlı "Mizan" xəbər agentliyi məlumat dərc edib. 

Məlumata görə, İnqilab Məhkəməsi Əhvaz və ətraf şəhərlərdə Kəşfiyyat İdarəsi tərəfindən 2016 və 2017-ci illərdə həbs edilən Əhvaz Əli Məcdam, Məhəmməd Rza Moqadam, Moin Xanfari, Həbib Dris, Adnan Qobişavi və Salem Musəvini ittiham edib. 

Onlar müxtəlif "səbəblərlə" edama məkhum edilib. 

Ağarza Elçinoğlu