"6 oktyabr 2022-ci ildə Praqada Paşinyan və Əliyev razılığa gəliblər ki, Paşinyan "Artsax"ı Azərbaycana verməyə razıdır".
"Unikal" xəbər verir ki, bunu Erməniatan parlamentinin deputatı Eduard Şarmazanov martın 7-də keçirilən mətbuat konfransında deyib.
Deputatın sözlərinə görə, hazırda qanunsuz erməni dəstələrinin məskunlaşdığı ərazilərin də Azərbaycana təhvil verilməsinin vaxtı çatıb: "Mən faktlarla danışmaq istəyirəm ki, sözlərim çılpaq səslənməsin. Niyə Qarabağda yenidən qarşıdurma gündəmi var? Çünki futbol dilində danışsaq, bu, məqsəd uğrunda bir oyundur. Bu işdə qapıçı rəqib komandada çıxış edən Nikol Paşinyandır. Bu, nə hökumət üzvlərinin, nə də Nikolun təkzib etmədiyi faktdır. Lavrov da bu barədə danışıb və bildirib ki, Paşinyan və Əliyev Soçiyə artıq razılaşıblar.
Ağarza Elçinoğlu