Türkiyə, İsveç və Finlandiya nümayəndələri Şimali Avropa ölkələrinin NATO-ya üzvlüklə bağlı öhdəliklərini müzakirə etmək üçün martın 9-da Brüsseldə görüşəcəklər.
"Unikal" xəbər verir ki, bu barədə "Daily News" məlumat dərc edib.
Türkiyə tərəfdən görüşdə ölkə prezidentinin mətbuat katibi İbrahim Kalın və xarici işlər nazirinin yeni təyin olunmuş müavini Burak Akzalkar iştirak edəcək.
Ağarza Elçinoğlu