İtaliya Hərbi Hava Qüvvələrinə məxsus iki "Siai Marchetti 208" təyyarəsi qəzaya uğrayıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, təyyarələr hərbi təlim zamanı Roma yaxınlığında toqquşub. Məlumata görə, hər iki təyyarənin pilotu həlak olub. 

Təyyarələrdən biri yerdə dayanmış avtomobilə çırpılıb. Təlimdə iştirak üdən digər 2 təyyarə isə qəzadan son anda xilas olub. 

Faktla bağlı araşdırma aparılır. 

Ağarza Elçinoğlu