ABŞ-ın Florida ştatı səmasında iki təyyarənin toqquşması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə Polk dairəsi üzrə şerif idarəsindən bildirilib.
Beləliklə, təyyarələrdə olanların hamısı həlak olub. Qəza yerli gölün üzərində baş verib, təyyarənin qalıqları sudadır, lakin ölənlərin cəsədləri artıq çıxarılıb.
Qəzanın səbəbləri araşdırılır.