"Birləşmiş Millətlər Təşkilatının (BMT) gələcəyi hazırda Ukraynada həll olunur".
"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə BMT-nin baş katibi ilə danışıqlardan sonra mediaya açıqlamasında deyib.
"Hazırda Ukrayna BMT Nizamnaməsinin məqsəd və prinsiplərini müdafiə edir. Buna görə də, məhz Ukraynada BMT-nin gələcəyi necə olacaq və Birləşmiş Millətlər Təşkilatının qlobal rolunun nə olacağı həll edilir", - Zelenski vurğulayıb.
Ağarza Elçinoğlu