Türkiyə NATO-ya üzv olmaq istəyən İsveç və Finlandiya ilə üçtərəfli görüş keçirəcək.
"Unikal" xəbər verir ki, görüş bu gün Brüsseldə baş tutacaq.
İsveç bu gün PKK kimi terror təşkilatlarının maliyyələşdirilməsini və iştirakını qadağan edən qanun layihəsinə səs verəcək. İsveç baş naziri Kristersson PKK-ya qarşı daha sərt tədbirlər gördüklərini bildirib.
Qeyd edək ki, NATO-ya üzvlüklə bağlı görüşlər Stokholmda Quranın yandırılması səbəbindən Ankara tərəfindən dayandırılmışdı.
Ağarza Elçinoğlu