Qondarma Dnestryanı Respublikanın lideri Vadim Krasnoselskiyə qarşı sui-qəsdin qarşısı alınıb.
"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə qondarma rejimin Dövlət Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) göstərişi ilə Moldova Respublikasının bir sıra məmurlarına sui-qəsd hazırlanıb. Şübhəlilərin saxlanıldığı bildirilir.
Baş vermiş faktla bağlı terror aktına hazırlıq və iki və ya daha çox şəxsin xidməti fəaliyyətlə əlaqəli qətlə hazırlama maddələri ilə cinayət işi başlanıb.
Gülayə Mecid