"Rusiya ilə sonsuza qədər mübarizə aparmaq mümkün deyil".

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çexiya prezidenti Petr Pavel deyib. 

"Bizim hansı alternativlərimiz var? Rusiya ilə əbədi mübarizə aparaq? Bu yanaşma yəqin ki, hamımız üçün böyük insan itkilərinə və iqtisadiyyatlarımıza ciddi ziyan vuracaq", - o etiraf edib.

Pavel əlavə edib ki, Rusiya ilə kompromis ideyası “razılaşmaq çox çətindir”, lakin real vəziyyət nəzərə alınmalıdır.

Gülayə Mecid