Ukrayna prezidenti Volodimir Zelenskinin Livadiyadakı mənzilinin aztəminatlı və ya çoxuşaqlı ailələrə veriləcək.
"Unikal" xəbər verir ki, bunu Krım rəhbəri Sergey Aksyonov RİA Novosti-yə müsahibəsində deyib.
"Məqsədimiz onları məğlub etməkdir. Mənzil bu və ya digər şəkildə aztəminatlı və ya çoxuşaqlı ailələrə veriləcək", - Aksyonov vurğulayıb.
Bundan başqa, o, müsahibəsində Ukrayna oliqarxlarının Krımdakı əmlakının milliləşdirilməsi ilə bağlı əlavə siyahının martın sonunda hazır olacağını bildirib.
Xatırladaq ki, Zelenskinin həyat yoldaşı Yelenanın Krımda mənzil sahibi olması faktı 2019-cu il prezidentlik kampaniyası zamanı məlum olub. Zelenskinin mətbuat xidmətinin məlumatına görə, mənzil 2013-cü ildə alınıb, hələ yarımadanın Rusiyaya birləşdirilməsindən əvvəl onun üçün bütün vergilər ödənilib və rəsmən bəyan edilib. Mənzil cənub sahilində, Yalta rayonunun Livadiya qəsəbəsində yerləşir.
Gülayə Mecid