Ermənistanda qızılcaya yoluxma hallarının sayı 46-ya çatıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, onlardan 15-i xəstəxanaya yerləşdirilib. Xəstələrin sağlamlıq vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd olunub ki, sözügedən rəqəm laboratoriya tərəfindən təsdiqlənmiş xəstələrin sayını göstərir. Ümumi vəziyyət isə daha gərgindir.
Ağarza Elçinoğlu