Rusiyanın Trans-Baykal ərazisindəki Sretensk şəhərinin meri Yevgeni Qırğızov sərxoş vəziyyətdə polis əməkdaşlarına balta ilə hücum edib.
"Unikal" Rusiya KİV-lərinə istinadla xəbər verir ki, şəhər meri həmçinin yerli sakinləri tapança ilə hədələyib.
Məlumata görə, içkili halda avtomobil idarə edən Qırğızov yerli sakinlərlə əlbəyaxa dava edib. Daha sonra o, maşınındakı silaha əl atıb. O, hadisə yerinə gələn polislərə maşının baqajından götürdüyü balta ilə hücum edib.
Faktla bağlı cinayət işi başlanıb.
Ağarza Elçinoğlu