Martın 26-da Rusiyanın Tula vilayətinin Kireyevsk şəhərində partlayış baş verib.
"Unikal" xəbər verir ki, partlayışa səbəb Ukrayna Silahlı Qüvvələrinə məxsus “Tu-141 Strij” pilotsuz uçuş aparatı olub. Dron partlayıcı ilə təchiz edilib.
Partlayış nəticəsində 2004 və 2006-cı il təvəllüdlü gənclər və daha bir nəfər qəlpə yaraları alıblar. Həmçinin, üç çoxmənzilli yaşayış binası və dörd yardımçı tikilidə dağıntılar qeydə alınıb.