Xəbər verdiyimiz kimi, Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində yaralanan sərnişinlər ötən gün Bakıya gətirilib və onlar müalicə olunmaları üçün “Yeni Klinika”ya yerləşdiriliblər.

“Yeni Klinika”dan "Unikal"a bildirib ki, xəstəxanaya ümumilikdə 14 nəfər daxil olub:

“Onlardan biri müalicəsini reanimasiya şəraitində davam etdirir. Vəziyyəti stabil-ağır olaraq dəyərləndirilir. Digərləri stasionar qaydada müalicə olunuz. Vəziyyətləri isə kafidir”.