Rusiya pulemyotçuları və pilotları Ermənistanda təlimlər keçirib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat verib. 

Bildirilir ki, hərbçilər yüksək dağ poliqonunda tank əleyhinə əl qumbaraatanları ilə təlimlər keçirib. Təlim uçuşlarında 130-dan çox hərbçi, 20 hərbi və xüsusi texnika, o cümlədən MiQ-29 iştirak edib.

Gülayə Mecid