Rusiyanın Buryatiya vilayətinin "Xurtaqinskoye" yaşayış məntəqəsinin deputatı Daşa Darizhapov Ukraynada gedən müharibə zamanı öldürülüb. 

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, deputatın Uqledar yaxınlığında qəlpə yarasından öldüyü açıqlanıb. 

Məlumata görə, rusiyalı deputat kiçik çavuş rütbəsi ilə motoatıcı batalyonunun baş kalkulyatoru vəzifəsində çalışıb.

O, 2022-ci ilin sentyabrından səfərbər edilib. 

Deputatın dəfn mərasimi martın 31-də doğulduğu Xurtağa kəndində keçiriləcək. Darizhapov ölümündən sonra "Şücaət ordeni ilə təltif olunacaq.

Ağarza Elçinoğlu