Türkiyə Rusiya və Ukrayna arasında sülh danışıqlarını ən qısa zamanda təşkil etmək istəyir.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Macarıstan prezidenti Katalin Novak ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib.

"Biz Ukrayna ilə Rusiya arasında danışıqlar masası arxasında sülhün mümkün qədər tez bərqərar olmasını və danışıqlar masası arxasında sülhə nail olmaqla müharibəyə son qoymaq istəyirik", - deyə Türkiyə lideri vurğulayıb.

Ərdoğan qeyd edib ki, Ankara daha əvvəl Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların bir neçə raundunun keçirildiyi İstanbulda danışıqları yenidən bərpa etmək istəyir.

Ağarza Elçinoğlu