Çin lideri Si Cinpin müharibəyə hazırlaşdığını bildirib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin prezidenti parlamentin və onun ən yüksək siyasi məşvərət orqanının mart ayında keçirilən illik iclasında bildirib. 

O, dörd ayrı çıxışında müharibəyə hazırlıq mövzusuna toxunub və çıxışlarının birində generalları "döyüşə hazır olmağa" çağırıb. 

Hökumət həmçinin öz növbəsində Çinin müdafiə büdcəsini 7,2% artırdığını və ölkəni xarici taxıl idxalından daha az asılı vəziyyətə salmağı planlaşdırdığını açıqlayıb. 

Son aylarda Pekin yeni hərbi hazırlıq qanunlarını, Tayvan boğazı boyunca şəhərlərdə yeni bomba sığınacaqlarını və ölkə daxilində yeni Milli Müdafiə Səfərbərlik ofislərini təqdim edib. 

Ağarza Elçinoğlu