Trabzon-Gümüşhane avtomobil yolunun Hamsiköy məhəlləsində polis qruplarını daşıyan avtobus naməlum səbəbdən yanıb.

"Unikal" Türkiyə KİV-ə  istinadən xəbər verir ki, polislər son anda avtobusu tərk edib. Tamamilə yanan avtobus yararsız hala düşüb.

Hadisənin baş vermə səbəbi araşdırılır.