Türkiyə Böyük Millət Məclisi mart ayının 31-də Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu ratifikasiya edib.

"Unikal" xəbər verir ki, bu bardə parlament sədrinin müavini Heydər Akar səsvermənin nəticələrini açıqlayarkən bildirib. 

Onun sözlərinə görə, Finlandiyanın NATO-ya daxil olması haqqında protokolun ratifikasiyası üçün yetərsay - 276 səslə qəbul edilib. 

Türkiyə alyansın sonuncu üzvü olaraq bu məsələyə müsbət rəy verib.

Ağarza Elçinoğlu